Bazar , Yanvar 19 2020
Home / Şou-biznes / Azərbaycanda aparıcı qəzaya düşdü

Azərbaycanda aparıcı qəzaya düşdü

Azərbaycanlı aparıcı-prodüser Sayqa Cahid qəzaya düşüb.

Mediaktiv.az xəbər verir ki, aparıcı qəza zamanı yüngül xəsarət alıb.

Məlumatlara görə, S.Cahidin səhhətində ciddi problem yoxdur. Qəza zamanı avtomobilə ziyan dəyib.

Saytımıza açıqlama verən S.Cahid bildirib ki, hazırda özünü yaxşı hiss edir:

“Bədənimin müxtəlif nahiyələrində yüngül əzilmələr var. Hadisə Babək prospektində qeydə alınıb. Sürətli yolda qəfil idarəetməni itirdim və hadisə baş verdi”.

Qeyd edək ki, Sayqa Cahid ARB TV-də aparıcılıq edir.

Həmçinin oxuyun

Özcan Dəniz doqquz illik ənənəsini pozdu

Məşhur türkiyəli müğənni Özcan Dəniz uzun müddətdən sonra ilk dəfə Yeni ildə İstanbulda konsert verəcək. Mediaktiv.az xəbər …