“Xəzər” telekanalında Zaur Kamalın verilişinin qonağı olan Damlanın geyimi ilk dəqiqələrdən diqqət çəkib.
Damla studiyaya ayaq basdığı ilk dəqiqələrdən Zaur “Dünən bu paltardan Könül Kərimova geyinmişdi. Eynisini” sözləri ilə müğənnini çətin duruma salıb.
Damla Zaurun sözlərinə “Verilişə baxmamışam, xəbərim yoxdur. Olsun nə olar ki?! Təki biz gənclər Könül xanım kimi ifaçılarımızdan örnək alaq, onların dəsti-xətti ilə davam edək”, – cavabını verərək, vəziyyətdən çıxmağa çalışıb.