Bazar ertəsi , Yanvar 20 2020
Home / Şou-biznes / Demetin “Nə əri, nə də ki milyonları var” ittihamına Hadisədən cavab

Demetin “Nə əri, nə də ki milyonları var” ittihamına Hadisədən cavab

Ötən həftə Türkiyənin iki məşhur pop ulduzu – Demet Akalınla Hadisə arasında qalmaqal yaşanıb.

Demet tədbirlərin birini tərk etdiyi zaman jurnalistlərlə üz-üzə gələrək, onların suallarını cavablandırıb. Sənətçiyə ünvanlanan “Hadisənin “Instagram” hesabı 10 milyona çatıb” sualı onu özündən çıxardıb. Demet həmkarını saxtakarlıqda ittiham edib.

“Hadisəyə yazığım gəlir. Günahdır! Elə fikirləşir ki, onu izləyənlərin sayı 10 milyondur. Mən araşdırdım, onun heç izləyici sayı milyona belə çatmır. Hadisənin nə əri, nə də ki milyonları var”.

Həmkarını yalan danışmaqda günahlandıran Demetə Hadisədən sərt cavab gəlib. O, Demetə şəxsi “Instagram” hesabı vasitəsilə ikibaşlı ismarış ünvanlayıb.

O bildirib ki, haqqında səsləndirilən əsassız ifadələrə cavab verməyib və bundan sonra da verməyəcək.

Həmçinin oxuyun

Özcan Dəniz doqquz illik ənənəsini pozdu

Məşhur türkiyəli müğənni Özcan Dəniz uzun müddətdən sonra ilk dəfə Yeni ildə İstanbulda konsert verəcək. Mediaktiv.az xəbər …