Şənbə , Sentyabr 19 2020
Home / Şou-biznes / Emil Bədəlov ağır itkisindən danışdı: “Sağ olsaydı…”

Emil Bədəlov ağır itkisindən danışdı: “Sağ olsaydı…”

Sevilən müğənni Emil Bədəlov “ATV” kanalında yayımlanan “Şou Atv” verilişində qonaq olub.
MediAktiv.az  xəbər verir ki, veriliş zamanı müğənni atasının ölümündən danışıb. O, bildirib ki, beş yaşı olanda atası rəhmətə gedib:

“Beş yaşım olanda atam dünyasın dəyişib. Müəyyən epizodlar var ki, xatırlayıram. Bəlkə də atam sağ olsaydı, mən müğənni olmazdım. Çünki o özü müğənni idi və bu sənətin çətinliklərini bilirdi. Mən də bu sənətə bir növ atamın yadigarı kimi baxıram. Özümə borc bilib onun sənətin davam etdirirəm. Çünki hansısa məclisə gedəndə, orada yaşlı sənətkarlarımız olur və birinci atama görə məni çox istəyirlər sonra özümə görə”.

Qeyd edək ki, Emil Bədəlov vaxtsız dünyasını dəyişən müğənni Namiq Bədəlovun övladıdır.

Həmçinin oxuyun

Kıvanç Tatlıtuğ yeni paylaşımı ilə gündəmi silkələdi – FOTO

Türkiyəli aktyor Kvanç Tatlıtuğ üç ay aradan sonra səssizliyi pozaraq paylaşım edib. MediAktiv.az Oxu.Az – a …