Bir müddətdir ki, gözlərindəki narahatlıqdan dolayı gün eynəyi istifadə edən aktyor Can Yaman təcili əməliyyat edilib.
MEDİAKTİVxəbər verir ki, “Erkenci Kuş” serialında rol alan aktyor bu barədə özü instaqramda məlumat verib. İnstaqram hesabından sağlamlıq vəziyyəti haqqında açıqlama verən Can Yaman gözlərinin hələ tam sağalmadığını bildirib:
“Uzun müddətdir ki, gözlərimdə problem var idi. Bayramdan 3 gün əvvəl keçirilməli əməliyyat nəhayət ki, baş tutdu. Hazırda daha yaxşıyam, amma 2 həftə ərzində bulanıq və zəif görməyə davam edəcəyəm. Narahat olan hər kəsə minnətadram”.(publika)