Şənbə , Dekabr 14 2019
Home / Şou-biznes / “Həyat yoldaşım bunu evlənəndə bilirdi”

“Həyat yoldaşım bunu evlənəndə bilirdi”

Xalq artisti Gülyanaq Məmmədova ən böyük arzusunu dilə gətirib.

Açıqlama verən G. Məmmədova xalq artisti, tanınmış aktyor Nurəddin Mehdixanlı ilə filmə çəkilmək niyyətindədir:

“Tələbə vaxtı diplom tamaşasında özümü aktrisa kimi sınamışam, pis də alınmayıb. İllər öncə “Kinoklub” verilişində də məşhur aktyorlarımız mənə deyirdilər ki, Gülyanaq səndən gözəl aktrisa çıxar. Amma heç vaxt filmlərə çəkilməmişəm. Çox arzulayıram ki, rejissorlar məni tarixi filmə dəvət etsin və Nurəddin Mehdixanlı ilə tərəf-müqabili olum. Çünki o aktyoru çox sevirəm. Filmdə onun ya həyat yoldaşı, ya bacısını oynayaram”.

Filmə çəkilmək arzusuna həyat yoldaşının verəcəyi reaksiyaya gəlincə Xalq artisti hesab edir ki, münasibət normal olar:

“Sənət adamıyam, həmişə böyük səhnələrdə olmuşam. Həyat yoldaşım bunu evlənəndə bilirdi, narazılığı olsaydı, məni almazdı. Təbii ki, filmin ssenarisindən və obrazdan çox şey asılıdır. Əlbəttə açıq-saçıq obraz olsa, həyat yoldaşım qoymaz, mənə etiraz edər. Belə bir obraza heç özüm də çəkilmərəm axı. Öz xarakterimə uyğun obraza razılıq verərəm. Yəqin ki, o da qabaqcadan baxıb fikrini bildirəcək”.

Həmçinin oxuyun

Emin Ağalarov yeni klipini təqdim edib – VİDEO

Azərbaycanın xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov (EMIN) sosial şəbəkələrdə “Devoçka moya” klipini təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir