Bazar ertəsi , Avqust 10 2020
Home / Şou-biznes / “Həyatımda elə kişi var ki….” – Afaq Aslan

“Həyatımda elə kişi var ki….” – Afaq Aslan

Bu gün “Səhər-Səhər” verilişinin qonaqlarından biri tez-tez açıq-saçıq şəkilləri ilə gündəmə gəlməyə çalışan Afaq Aslan olub.

Gənc ifaçı verilişdə qadın hesabına yaşayan kişilərə söz atmadan keçməyib:

“Hər bir kişi pul qazanmağın yollarını tapmağı bacarmalıdır. Əziyyət çəkməlidir. Qadın pul qazanıb onu saxlamayacaq ki. Həyatında olan qadını kişi kimi təmin eləməlisən. Qadın hesabına yaşayan kişiləri mən qəbul eləmirəm”.

Verilişdə qonaq qismində iştirak edən Sayqa Cahid müğənniyə bu sözlərdən sonra “Sənin həyatında bəs necədir?” sualı ilə müraciət edib.

Afaqın cavabını təqdim edirik:

“Mənim həyatımda elə bir kişi var ki, mən həyatımda ikinci bir insana ehtiyac duymuram. O insan mənə istənilən mövzuda ehtiyacı hiss etdirmir. Mən bir insanı sevirəmsə, istər pulu olsun, istər olmasın, fərq etmir. Sevgi olan yerdə bütün çətinliklərə göz yummaq olur. Mən o insanı sevirməsə, istəyir Alen Delon gəlib dayansın qabağımda, mənim gözümə heç nə görünmür”.

Həmçinin oxuyun

Kıvanç Tatlıtuğ yeni paylaşımı ilə gündəmi silkələdi – FOTO

Türkiyəli aktyor Kvanç Tatlıtuğ üç ay aradan sonra səssizliyi pozaraq paylaşım edib. MediAktiv.az Oxu.Az – a …