Çərşənbə , Oktyabr 23 2019
Home / Şou-biznes / Kim Kardaşyan ermənilərin qınağına tuş gəldi

Kim Kardaşyan ermənilərin qınağına tuş gəldi

ABŞ-dakı erməni diasporunun nümayəndələri məşhur erməni model və aktrisa Kim Kardaşyanı tənqid atəşinə tutublar.

Bu barədə “Gazeta.ru” xəbər yayıb.

Atası, vəkil Robert Kardaşyan erməni, anası isə amerikalı olan Kim “dünyanın ən tanınmış ermənisi” adlandırılır.

Kim Kardaşyanın Türkiyədə alt paltarı istehsal etməsi qərarı əvvəllər “Kardaşyan ailəsinin həyatı” realiti şousunu alqışlayanların etirazlarına səbəb olub.

ABŞ-ın Erməni Milli Komitəsi (ANCA) sentyabr 25-də milyonlarla dəstək alan “tvit” paylaşıb. Ertəsi gün nüfuzlu təşkilat iddialarını şərh edərək yazdıqlarına haqq qazandırmağa çalışıb.

“Türkiyədə markanızın bəzi məhsullarını istehsal etmək istədiyinizi gördük. Zəhmət olmasa əla sənətkarları və xidmətləri ilə məşhur olan Ermənistanda da bunu düşünün”, – deyə qurumdan açıqlama verilib.

Buna cavab olaraq Kardaşyan türk fabriklərindən istifadə qərarının ideologiyaya yox, işgüzar faydalara əsaslandığını izah edib. Onun sözlərinə görə, Türkiyədə fəaliyyət göstərən bir sıra fabrikləri təklif edən mütəxəssislərlə məsləhətləşib. Marka sahibi daha ucuz və daha rahat olduğu yerdə istehsaldan ibarət olan biznes strategiyasının vətənpərvərlik anlayışına tam cavab verdiyini vurğulayıb: “Biz hər hansı bir şəxsə və ya bir millətə qarşı ayrıseçkilik etməyə qarşıyıq”.

Həmçinin oxuyun

Məşhur xanəndə özünə efir qadağası qoydu

Bundan sonra məşhur xanəndə Elnarə Abdullayeva efirlərə yalnız ustad sənətkarlarla birgə çıxacaq. Bu barədə Əməkdar …