Cümə axşamı , Aprel 22 2021
Home / Şou-biznes / Kütləvi davada azərbaycanlı aktyorun çənəsini sındırdılar

Kütləvi davada azərbaycanlı aktyorun çənəsini sındırdılar

Bakı Bələdiyyə Teatrının aktyoru, bir çox serialların baş qəhrəmanı Elxan Rzanın çənəsi sınıb.

Mediaktiv.az xəbər verir ki, aktyor kütləvi şəkildə dava edənləri ayırmaq üçün araya girib, nəticədə xəsarət alıb. Hadisə ilə bağlı aktyorla əlaqə saxlamağa çalışdıq. Elxanın telefonuna cavab verən qardaşı Toğrul xəbəri təsdiqlədi: “4 gün əvvəl qardaşımın başına iş gəlib. O, Sumqayıtda, küçədə kütləvi dava edən insanları ayırmaq istəyib. Əvəzində vurub onun da çənəsini sındırıblar. Dostu dərhal xəstəxanaya çatdırıb. Həkimlər təcili əməliyyat etdilər. 3 saatlıq əməliyyat çox ağır keçdi. Narkozdan çox gec ayıldı. İndi özünü nisbətən yaxşı hiss edir”

Toğrulun sözlərinə görə, həkimlər Elxana bir müddət danışmağı qadağan edib: “Elxan hərəkət edir, amma bir müddət danışa bilməz. Həkimlər deyir ki, hələ özünü gözləməlidir. Şükür, hər şey yaxşı qurtarıb”.

Onu da öyrəndik ki, baş verən hadisəyə görə aktyor ona xəsarət yetirən insanı polisə verməyib: “Əslində, bu hadisənin qardaşıma aidiyyəti yox idi, sadəcə olaraq, kimlərəsə kömək etmək istəyib. Arada özü xəsarət alıb”.

Həmçinin oxuyun

Rejissorumuz Beynəlxalq Turizm Filmlər Festivalının qalibi olub – Fotolar

Türkiyənin tarixi Kapadokya bölgəsində keçirilən Beynəlxalq Turizm Filmləri Festivalında Bakı Media Mərkəzinin istehsalı olan, mərkəzin …