Çərşənbə , Noyabr 20 2019
Home / Şou-biznes / Məşhur xanəndə özünə efir qadağası qoydu

Məşhur xanəndə özünə efir qadağası qoydu

Bundan sonra məşhur xanəndə Elnarə Abdullayeva efirlərə yalnız ustad sənətkarlarla birgə çıxacaq.

Bu barədə Əməkdar artistin özü məlumat verib.

Xanəndə efirlərə müğənnilərlə birlikdə çıxmamaq haqqındakı qərarının qəti olduğunu bildirib:

“Bu, konkret qərarımdır. Amma ustad sənətkarlarla efirləri paylaşacam. Onların yeri başqadır. Onlar da hər verilişə və başqa yerlərə getmirlər”.

Elnarə Abdullayeva müğənnilərlə efirə çıxmama səbəbini açıqlamaq istəməyib.

Həmçinin oxuyun

Elza Seyidcahanın ailəsinə qarşı dələduzluq: anası və bacıları evsiz qaldı

Əməkdar artist Elza Seyidcahanın anası fırıldaqçılıqla üzləşib. Bu barədə Əməkdar artist məlumat verib.  O, ailəsinin üzləşdiyi xoşagəlməz …