Bazar , Dekabr 15 2019
Home / Şou-biznes / Mətanətdən onu tənqid edənlərə cavab: “Əcəb edirəm”

Mətanətdən onu tənqid edənlərə cavab: “Əcəb edirəm”

Müğənni Mətanət Əsədovanın fotosu sosial şəbəkədə müzakirə mövzusu olub.

Sənətçinin sinə dekolteli şəkli izləyicilər tərəfindən iradla qarşılanıb. Hər kəs onu tənqid atəşinə tutub. Bir çoxları bu geyimi ona yaraşdırmadıqlarını deyiblər: “Gözəl səsin və sənətin var, amma sinəni belə çöldə qoymaq sənə yaraşmaz”.

M. Əsədova gözəlliyinin insanlar tərəfindən qıcıqla qarşılandığını deyib:

“Bədən mənim deyil? Necə istəyərəm, elə də geyinib şəkil çəkdirərəm, danışanlar da qələt edir. Məndə olan gözəllik özlərində yoxdur axı… Fotolarımın altından nə yazırlar yazsınlar, onları başa düşmək olar, çünki yanıb-yaxılırlar. Belə də ki, əcəb edirəm. Ağzımı açdırmasınlar”.Yenicag.az

Həmçinin oxuyun

Emin Ağalarov yeni klipini təqdim edib – VİDEO

Azərbaycanın xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov (EMIN) sosial şəbəkələrdə “Devoçka moya” klipini təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir