Bazar , Sentyabr 22 2019
Home / Şou-biznes / Manafın Könül Kərimovanın qızının toyuna saldığı pul TƏƏCCÜBLƏNDİRDİ

Manafın Könül Kərimovanın qızının toyuna saldığı pul TƏƏCCÜBLƏNDİRDİ

Dünən “Xəzər” telekanalında Zaur Kamalın verilişinin qonağı olan Könül Kərimova bu yaxınlarda qızının etdiyi səs-küylü toyu ilə bağlı maraqlı açıqlamalar verib.

Aparıcı “Toya ən çox pul salan müğənni kim idi?” sualı ilə Könül Kərimovaya müraciət edib.

Xanım ifaçı Zaurun sualına “Manaf Ağayev 1000 manat salıb. Ondan yuxarı pul salan var idi, amma müğənni deyildi” cavabını verib.

Könül Kərimova Zaurun “Manafın oğlunun toyunda olmadın. Nə əcəb o, sizin toya min manat saldı?” sualını da cavabsız qoymayıb:

“Mənim toyum var idi. Amma “təbrik”imi göndərmişdim. Sonra oğlunun xınayaxdısında gedib, iştirak etdim. Üzrxahlıq etdim”.

Həmçinin oxuyun

Meqan Marklın geyimi narazılığa səbəb oldu

Böyük Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl dizayner Mişi Non və neft maqnatı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir