Bazar , Yanvar 26 2020
Home / Şou-biznes / Meryem Uzerli Bred Pittlə eyni layihədə yer alacaq

Meryem Uzerli Bred Pittlə eyni layihədə yer alacaq

Türkiyəli aktrisa Meryem Uzerli Hollivud ulduzu Bred Pittlə eyni layihədə yer alacaq.

Mediaktiv.az xəbər verir ki, aktrisa Bred Pittlə qadın haqlarına diqqət çəkilməsi nəzərdə tutulan layihədə iştirak edəcək.   

Aktrisaya bununla bağlı təklif Parisdə UNESCO-nun tədbirində iştirak etdiyi zaman gəlib.

Layihə Avropa Birliyinin nümayəndəsi Meral Melika Duran tərəfindən hazırlanır. Bred Pitt və sevgilisi olduğu iddia edilən İraq əsilli Alia Şokatla eyni layihədə olacaq aktrisanın hələlik hansı rolda oynacağı açıqlanmayıb.

Almaniyada yaşayan aktrisanın bu layihəyə seçilməsinin onun ərəb ölkələrində sevilməsi ilə bağlı olduğu bildirilib.

Qeyd edək ki, Meryem Uzerli “Möhtəşəm yüz il” serialı ilə tanınıb.

Həmçinin oxuyun

Özcan Dəniz doqquz illik ənənəsini pozdu

Məşhur türkiyəli müğənni Özcan Dəniz uzun müddətdən sonra ilk dəfə Yeni ildə İstanbulda konsert verəcək. Mediaktiv.az xəbər …