Bazar ertəsi , Avqust 10 2020
Home / Şou-biznes / Nisə Qasımova: Sənət insanından dost olmaz

Nisə Qasımova: Sənət insanından dost olmaz

Eyni sahənin insanlarından dost olmaz. Bu, müğənnilərə də aiddir.

Mediaktiv.az xəbər verir ki, bunu Xalq artisti Nisə Qasımova  “Ulduzlu yayım” proqramında deyib.

“Hazırda sosial şəbəkələrdə nifrət dolu və ifrat hərəkətlər baş alıb gedir. Hansısa müğənnidən yaxşı nəsə eşitmək üçün ümid edirsən. Amma öz həyat yoldaşın kimi hesab etdiyi insanın ifrat dərəcədə təqdim etdiyini görürsən. İnanın ki, bunların hamısı məni bezdirir. Öz şəxsi səhifəmə belə baxa bilmirəm.

Eyni sahənin insanlarından dost olmaz. Çünki bir müğənnini özünə dost biləndə yanılırsan. İnsanların çoxu şöhrətpərəst olub mal-dövlət sahibi olmaq istəyirlər. Bu cür şeylər insana təsir edir. Tanınmışlarla dostluq etməkdən qaçıram. Çünki mənimki onlarla tutmaz. O şəxslərlə dostluğum alınmır. Amma sağlam münasibətlərim var. Kiməsə sözdə və ya maddi baxımdan kömək lazım olsa, gözüm üstdə edərəm. Ağlıma gəlmir ki, Nisə Qasımova olaraq nə vaxtsa özüm və ya şöhrət üçün yaşayım. Hər kəs yaxşı bilir ki, arxamda dayana biləcək insanın paltarını geyinib, ev və ya maşın aldıra bilərdim. Həmçinin, istədiyim şöhrəti də qazanardım. Ancaq sonda üzərimdə xeyli damğa olacaqdı. O zaman ailəmin üzünə necə baxacaqdım? Həyatda səhvsiz insan yoxdur. İstəyirəm ki, gənclər bu səhvləri etməsin”, – deyə Nisə Qasımova bildirib.  

Xalq artisti səhnədən getməyəcəyini də açıqlayıb:

“İnsan yaşa dolduqca daha kövrək olub həyatı yaxşı dərk edir. O zaman yaxşı insanları axtarırsan. Sənətdən də getmirəm. Həssaslığım ilə bağlı olaraq uzun müddət depressiya yaşadım. Artıq depressiyadan çıxmışam. Sevincliyəm ki, bunu bacara bildim. Səbəblərini isə nə vaxtsa açıqlayacam.

Allahın nəzərində layiq olduğum yerdəyəm. Öz mövqeyimdən və olduğum yerdən razıyam. Evim, maşınım, maaşım və ağlım var. Mənə bundan artıq nə lazımdır?

Ümumiyyətlə, bu sənətdə özündən razı olanlar maddi baxımdan irəli düşüblər. Mənəm-mənəmlik onlara böyük maddi imkanlar açır. Amma o cür şeylərin dalınca qaçmamışam”.

Həmçinin oxuyun

Kıvanç Tatlıtuğ yeni paylaşımı ilə gündəmi silkələdi – FOTO

Türkiyəli aktyor Kvanç Tatlıtuğ üç ay aradan sonra səssizliyi pozaraq paylaşım edib. MediAktiv.az Oxu.Az – a …