Bazar , Dekabr 15 2019
Home / Şou-biznes / Rza Zərrabdan məhkəmədə Ebru Gündeş — AÇIQLAMASI

Rza Zərrabdan məhkəmədə Ebru Gündeş — AÇIQLAMASI

ABŞ-da məhkəmədə dindirilən Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrab həyat yoldaşı, Türkiyənin tanınmış müğənnisi Ebru Gündeş barədə danışıb.

Rza Zərrab məhkəmədə ifadə verərkən evli olduğunu bildirib. O, Ebru Gündeşin adını çəkməsə də, həyat yoldaşının tanınmış müğənni olduğunu açıqlayıb.

“Evliyəm, övladım var. Həyat yoldaşım Türkiyədə tanınmış müğənnidir. Hər zaman insanların diqqətində olan biri olmuşam. Türkiyədə mənə “Rıza Sarraf” deyirdilər”, – deyə Rza Zərrab bildirib.

Qeyd edək ki, ABŞ-da həbs edilən Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrabın cinayət işi “ABŞ Atillaya qarşı” şəklində dəyişdirilib. Həmin prosesdə təkcə “Halkbank” baş direktor müavini Hakan Atilla müttəhim kimi dindirilib. Rza Zərrab məhkəmədə Hakan Atillaya qarşı şahidlik edib.

Mehmet Hakan Atillanın vəkili Viktor Rokko Rza Zərrab haqqında şok fikirlər söyləyib. Vəkil Zərrabın həbs cəzasından qurtulmaq üçün yalan söyləməyə hazır olduğunu və etibarlı insan olmadığını bildirib. Rokko, Zərrabın içki, narkotik maddə və qadın üçün ABŞ həbsxanasının nəzarətçilərinə rüşvət verdiyini də söyləyib.

Müdafiə vəkili olan Rokko deyib: “Hakan Atilla və Zərrab nadir hallarda əlaqə qururlar və bir-birlərini xoşlamırlar”.

Xatırladaq ki, Rza Zərrab ötən ilin 21 mart tarixində ABŞ-ın Mayami şəhərində əvvəl saxlanılır, ardından isə həbs edilir. ABŞ prokuroru Preet Bhararanın apardığı istintaq çərçivəsində çirkli pulların dövriyyəsi, bank dələduzluğu və İrana qarşı həyata keçirilən sanksiyaları pozmaq ittihamı ilə həbs edilən R.Zərrabın 75 il həbsi istənilir

Həmçinin oxuyun

Emin Ağalarov yeni klipini təqdim edib – VİDEO

Azərbaycanın xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov (EMIN) sosial şəbəkələrdə “Devoçka moya” klipini təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir