Cümə axşamı , İyun 20 2019
Home / Şou-biznes / Safura Əliyeva bu xəbərə ÇOX QƏZƏBLƏNDİ: “Nə gündədir…”

Safura Əliyeva bu xəbərə ÇOX QƏZƏBLƏNDİ: “Nə gündədir…”

Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evli olan Safura Əliyeva dünən yerli mətbuatda haqqında çıxan estetik əməliyyat xəbərlərinə qəzəblənib.

MEDİAKTİV Publika.az-a isinadən xəbər verir ki, eks-müğənninin üzünə dolğu maddələri və artıq gel vurdurduğu, bundan əvvəlsə “rutidektomiya” (üz dərisinin dartılması) əməliyyatına müraciət etdiyi iddia olunub. Azərbaycanı “Eurovision 2010” mahnı müsabiqəsində təmsil edən Safura Əliyeva instaqramda sözügedən xəbəri paylaşaraq açıqlama verib:

“Deməli, iki uşaq anası olandan sonra kökəlsəydim, deyərdilər ki, nə gündədir. Amma mən ki, dəyişməmişəm, əksinə, arıqlamışam, üzümdə bir dənə də qırış yoxdur, indi də deyirlər ki, üzünə botoks vurdurub. 26 yaşında nə botoks? Nə iynələr? Hə, bəzi dəyişikliklər ola bilər. Çünki mən də insanam və iki uşaq anasıyam. Bu, normal haldır, az da olsa dəyişməliyəm. Narahat olmayın, genetikam elədir ki, hələ uzun müddət iynələrə və botokslara ehtiyacım olmayacaq. Özünüzdən belə xəbərlər uydurmağı dayandırın. Artıq gülməlidir. Hansısa məntiq olmalıdır. 26 yaşında nə üz dartılması?”.

Xatırladaq ki, S.Əliyeva Azərbaycanı 2010-ci ildə “Eurovision” musiqi yarışmasında layiqli şəkildə təmsil edərək 5-ci yerdə qərarlaşıb. Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurduqdan sonra müğənnilik karyerası ilə birdəfəlik vidalaşan Safura 2 övlad sahibidir.

Həmçinin oxuyun

“Erkenci Kuş”un məşhur aktyoru TƏCİLİ ƏMƏLİYYAT EDİLDİ

Bir müddətdir ki, gözlərindəki narahatlıqdan dolayı gün eynəyi istifadə edən aktyor Can Yaman təcili əməliyyat …