Bazar ertəsi , Dekabr 9 2019
Home / Şou-biznes / Şeyma Subaşı estetik əməliyyatla buxağını götürtdü

Şeyma Subaşı estetik əməliyyatla buxağını götürtdü

Şeyma Subaşı növbəti dəfə fərqlənməyi bacarıb.

“Takvim”in məlumatına görə, Şeyma ilk dəfə şəxsi “Youtube” səhifəsində estetik əməliyyat prosesini nümayiş etdirib.

Köhnə şəkilləri ilə indiki halı müqayisə edildiyi zaman əməliyyatlar etdirməsi deyilsə də, Şeyma deyilənləri inkar edirdi.  

Şəxsi səhifəsində bununla bağlı video çəkən Şeyma sadəcə müəyyən estetik prosedurlara üstünlük verdiyini açıqlayıb. Ancaq estetik əməliyyat etdirmədiyi ilə bağlı dediyi fikirlər sosial mediada lağa qoyulub.

Hətta dodağını hansı şəkildə dəyişdirdiyini belə, izləyicilərə nümayiş etdirib.

Şeyma yaxın günlərdə burnunu əməliyyat etdirəcəyini bildirib:

“Burnumu indiyə kimi əməliyyat etdirmədim. Heç fikrim də yox idi. Amma xaricdəki qızları görüb, burnumu dəyişmək fikrinə düşdüm. Yaxşı həkim varsa, mənə müraciət etsin”.  

Qeyd edək ki, Şeyma Subaşı “TV8” kanalının rəhbəri, aparıcı Acun İlicalının keçmiş həyat yoldaşıdır. Onlar 15 ay evli qalıblar.

Şeyma boşandıqdan sonra italiyalı DJ  Quido Seniada ilə sevgilidir.

Həmçinin oxuyun

Əməkdar artistdən Xalq artisti adına layiq görülən Miri Yusifə ismarıc: Ona “sənətkar” deyə bilmərəm

Bu məsələ ilə bağlı fikrimi almaq üçün bir çox insanlar mənə zəng edib. Tünzalə Ağayeva Azərbaycanın …