Çərşənbə , Yanvar 20 2021
Home / Şou-biznes / Şou-biznesin 4 məşhuru Moskvada barışdı

Şou-biznesin 4 məşhuru Moskvada barışdı

Azərbaycanın 4 məşhur şou-biznes üzvü barışığa imza atıb. 

MediAktiv.az xəbər verir ki, onlar Xalq artistləri Brilliant Dadaşova, Röya Ayxan, Əməkdar artist Abbas Bağırov və müğənni Zamiq Hüseynovdur.

Bir müddət əvvəl Röyanın “3 D” proqramında Dadaşova barədə söylədiyi fikirlərdən sonra başlayan gərginlik, Zamiqlə Abbasın uzun illərdir davam edən küsülülüyü sona çatıb. Belə ki, 4 tanınmış şəxs Moskvada təşkil olunmuş tədbirlə bağlı bir araya gəliblər. 

Sosial şəbəkədə paylaşılan fotolardan məlum olub ki, tərəflər artıq soyuq münasibətlərə son qoyublar. 

Xatırladaq ki, Röya Brilliant Dadaşovanın erməni ifaçıya “super” şərhini yazmasını qınamışdı.  Dadaşova isə sosial şəbəkədə ard-arda video paylaşaraq Röyaya sərt cavab vermişdi. 

Həmçinin oxuyun

Rejissorumuz Beynəlxalq Turizm Filmlər Festivalının qalibi olub – Fotolar

Türkiyənin tarixi Kapadokya bölgəsində keçirilən Beynəlxalq Turizm Filmləri Festivalında Bakı Media Mərkəzinin istehsalı olan, mərkəzin …