Şənbə , Avqust 1 2020
Home / Şou-biznes / Tanınmış aktrisa ekranlara geri dönmək üçün şərt qoydu

Tanınmış aktrisa ekranlara geri dönmək üçün şərt qoydu

Türkiyəli aktrisa Fahriye Evcen ekranlara geri dönmək üçün şərtlərini açıqlayıb.

Mediaktiv.az xəbər verir ki, apreldə oğlu Karan dünyaya gəldikdən sonra heç bir layihədə yer almayan aktrisa geri dönmək üçün prodüserlərin qarşısına şərt qoyub.

Fahriye oğlunu özü böyütmək üçün həftənin iki günü və bayram günlərində işləməyəcəyini, yalnız doqquz saat çəkilişlərdə ola biləcəyini qeyd edib. Hələlik heç bir layihədə olmaq istəməyən aktrisa şərtləri müqabilində ürəyincə olan bir işlə ekranlara geri dönəcək. Hətta oğlu Karana özü baxması üçün yüksək məbləğli təkliflərə yox deyir.

Qeyd edək ki, Fahriye Evcen 2017-ci ildə aktyor Burak Özçivitlə evlənib.

Həmçinin oxuyun

Kıvanç Tatlıtuğ yeni paylaşımı ilə gündəmi silkələdi – FOTO

Türkiyəli aktyor Kvanç Tatlıtuğ üç ay aradan sonra səssizliyi pozaraq paylaşım edib. MediAktiv.az Oxu.Az – a …