Müğənni Üzeyir Mehdizadə evlənir.
İfaçı bu haqda ARB TV-nin “Səhər-səhər” proqramında deyib. Maraqlı açıqlamaları ilə diqqət çəkən müğənni, proqramın aparıcısı Elgiz Əkbərin ona ünvanladığı “Sən nə zaman evlənəcəksən Üzeyir? Qız namizədin var?” – sualını da cavabsız qoymayıb.
“Artıq vaxtdır, inşallah, görək də. Ağsaqqal bir başa toy eləmək haqqında fikirləşir. Sağlıq olsun”.
Daha sonra atasından da söz açan ifaçı fikirlərinin üst-üstə düşdüyünü bildirib:
“Biz də təbii ki, ürəyimiz istəyib. Maşallah, ortaq məxrəcə gələ bilirik. Artıq 28 yaşımın içindəyəm”.Cebhe.info