Bazar , Oktyabr 25 2020
Home / Şou-biznes / Vəzifəli şəxsin qızı Türkiyədə filmə çəkilir

Vəzifəli şəxsin qızı Türkiyədə filmə çəkilir

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı videobloger Aysel Şükürova və onun əri Oktay Əhmədov barədə film çəkilir.

Aysel Şükürova «women.az» saytına müsahibəsində bu barədə danışıb.

“Mən hesab edirəm ki, xəyallarım həmişə gerçəkləşir. Həmişə məşhur olmaq istəyirdim. Mənim sonrakı xəyalım Türkiyədə aktrisa kimi məşhur olmaqdır. Sizinlə bölüşəcəm. Bizim kino çəkilişləri tezliklə başlanacaq. Filmdə mənim bütün həyatım təsvir edilir. Aparıcı rollarda mən və ərim olacaq. Bu mənim xəyalım idi”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_20oktyabr2017_photo_8708.jpg

Aysel Şükürova hazırda salonlara reklam çəklişlərinə getdiyini açıqlayıb. Hazırda mənə serialla və reklam çəkilişləri ilə bağlı təkliflər gəlir”.
qudr

Qeyd edək ki, yanvar ayında Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızına 400 min dollarlıq toy etdiyi barədə məlumatlar yayılmışdı. Toy mərasimi yanvarın 21-də “Böyük Saray” da baş tutub. Qüdrət Şükürovun qızı Aysel Şükürova Oktay adlı şəxslə nikah masasına oturub. Qüdrət Şükürovun qızına etdiyi toy mərasiminin 400 min dollara başa gəlməsi, bu dəbdəbəli toy mərasiminin şəkillərinin, videolarının paylaşılmasından sonra toy sosial şəbəkələrdə geniş müzakirə olunub. (XALQ.AZ)

Həmçinin oxuyun

Rejissorumuz Beynəlxalq Turizm Filmlər Festivalının qalibi olub – Fotolar

Türkiyənin tarixi Kapadokya bölgəsində keçirilən Beynəlxalq Turizm Filmləri Festivalında Bakı Media Mərkəzinin istehsalı olan, mərkəzin …