Cümə , Aprel 23 2021
Home / Təbiət / Ən qədim titanozavr qalıqları aşkarlandı

Ən qədim titanozavr qalıqları aşkarlandı

Argentinanın cənubunda yerləşən Pataqoniya bölgəsində dünyanın ən qədim titanozavr qalıqları aşkarlanıb.

MEDIAKTIV.AZ  AFP-yə istinadən xəbər verir ki, “Ameghiniana” nəşrində dərc olunmuş tədqiqata əsasən, 140 milyon il əvvəl yaşadığı güman edilən 65 fut (20 metr) uzunluğunda titanozavrın (Ninjatitan zapatai) cəsədi Neuken əyaləti ərazisində 2014-cü ildə aparılmış qazıntılar zamanı aşkarlanıb.

“Bu tapıntının əsas əhəmiyyəti titanozavrların yeni növü olmasından savayı, həm də bu qrupun dünya boyu ən qədim təmsilçisi olmasıdır”, – La Matanza Universitetinin tədqiqatçısı Pablo Qallina bildirib.

Açıqlamaya görə, təbaşir dövrünün (Cretaceous period) əvvəllərinə aid olan yeni tapıntı titanozavrların əvvəlki mülahizəyə nisbətən xeyli əvvəl yaşadığını ortaya çıxarır.

Titanozavrlar Yer kürəsində bütün zamanların ən böyük heyvanı olduğu güman edilən, bitkilə qidalanan nəhəng kərtənkələlər olan Sauropod alt qrupuna aid edilir.

Həmçinin oxuyun

Türkiyədə 4,4 bal gücündə zəlzələ olub

Türkiyənin Muğla əyalətinin Datça rayonunda 4,4 bal gücündə zəlzələ olub. MEDİAKTİV.AZ “TRTHaber”ə istinadən xəbər verir ki, məlumatı ölkənin …