Bazar , Aprel 18 2021
Home / Təbiət / Antarktidadan Sankt-Peterburq şəhəri böyüklüyündə aysberq qopub

Antarktidadan Sankt-Peterburq şəhəri böyüklüyündə aysberq qopub

Antarktidadan ölçüləri təxminən 1 270 kv.km təşkil edən aysberq ayrılıb.

MEDIAKTIV.AZ-ın məlumatına görə, aysberq Böyük Britaniyanın Halley tədqiqat stansiyasının yerləşdiyi “Brant” buz şelfindən qopub.

Qeyd olunub ki, təxminən 10 il əvvəl buzlaqda 150 metr qalınlığında böyük çatlar əmələ gəlib. Cari ilin yanvar ayında çatlar sürətlə böyüməyə başlayıb və uzunluğu gündə bir kilometr artıb.

Nəticədə 26 fevral tarixində böyük buz kütləsi şelfdən ayrılıb.

Qeyd edək ki, Rusiyanın şimal paytaxtı hesab edilən Sankt-Peterburq şəhərinin regionlarla birgə ümumi ərazisi 1 439 kv.km təşkil edir. Hazırda aysberqin gəmilər üçün təhlükə yaratmasının qarşısını almaq üçün hərəkət traektoriyası diqqətlə izlənilir.

Həmçinin oxuyun

YUNESKO 2030-cu ilədək dünyanın qlobal bir su qıtlığı ilə qarşılaşacağını ehtimal edib

Dünya su qaynaqlarını qorumaq üçün kifayət qədər səy göstərmir və indi onların dəyərinin düzgün qiymətləndirilməsi …