Şənbə , Sentyabr 21 2019
Home / Təbiət / Azərbaycana payız fəslinin daxil olacağı vaxt açıqlandı

Azərbaycana payız fəslinin daxil olacağı vaxt açıqlandı

Gələn həftəsonu Azərbaycana payız fəsli daxil olacaq.

Mediaktiv.azın məlumatına görə, AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Orxan Xəlilov Report-a açıqlamasında bildirib ki, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də olacaq:

“Həmin gün gecə və gündüz bərabərliyi baş verəcək. Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Gecə və gündüz bərabərləşəcək. Buna payız bərabərliyi deyirlər. Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Bu tarixdən sonra cənub yarımkürəsində yay mövsümü başlayır”.

Rəsədxana rəsmisinin sözlərinə görə, gecələrin uzanması dekabrın 21-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq.

O əlavə edib ki, ölkəyə qış fəsli isə dekabrın 21-i Bakı vaxtı ilə saat 20.28-də gələcək.

Həmçinin oxuyun

Bu gün Günəş tam tutulacaq

Bu gün tam Günəş tutulması baş verəcək. Mediaktiv.az–ın məlumatına görə, ABŞ-ın Milli Günəş Rəsədxanasının yaydığı xəbərə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir