Bazar , Sentyabr 19 2021
Home / Təbiət / Bakıya ilk qar yağdı

Bakıya ilk qar yağdı

Bu gün Bakıya builki qış fəslinin ilk qarı yağıb.

 MEDIAKTIV.AZ-ın məlumatına görə, ötən gecədən başlayan sulu qar sonradan qara çevrilib. Havanın temperaturu çox aşağı olmasa da, paytaxt sakinləri uzun zamandan sonra qışı hiss edə biliblər.

Qar daha çox Yasamal, Nizami və Xətai rayonlarına düşüb. Qarlı hava səbəbindən sözügedən ərazilərdə avtomobillər arasında sıxlıq müşahidə olunur.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətindən Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan başlayaraq 21-i axşamadək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara və qara keçəcəyi bildirilmişdi.

Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimal olunur.

Həmçinin oxuyun

“Olaf” qasırğası Meksikanın Sakit okean sahillərinə çatıb

“Olaf” qasırğası Meksikanın Sakit okean sahillərində Cənubi Aşağı Kaliforniya ştatına çatıb. MEDIAKTIV.AZ-ın məlumatına görə, bu …