Bazar , İyul 12 2020
Home / Təbiət / DEKABRIN İLK İŞ GÜNÜNDƏ HAVA NECƏ OLACAQ – PROQNOZ

DEKABRIN İLK İŞ GÜNÜNDƏ HAVA NECƏ OLACAQ – PROQNOZ

Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb. 

MediAktiv.Az xəbər verir ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.  

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşama doğru isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 7-9°, gündüz 9-12° isti, Bakıda gecə 7-9°, gündüz 10-12° isti olacaq. 

Atmosfer təzyiqi 758 mm civə sütunundan 768 mm civə sütununa enəcək. 

Nisbi rütubət 80-90 % olacaq. 

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.  

Gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq. 

Həmçinin oxuyun

“ Naxçıvan” Universiteti müvafiq kafedralar üzrə “Baş müəllim” yerlərini tutmaq üçün müsаbiqə elan edir

MediAktiv.az  xəbər verir ki, kafedralar üzrə boş yerlər aşağıdakı kimidir “İdarəetmə” kafedrası –  1 yer “Azərbaycan …