Bazar , Sentyabr 26 2021
Home / Təbiət / YUNESKO 2030-cu ilədək dünyanın qlobal bir su qıtlığı ilə qarşılaşacağını ehtimal edib

YUNESKO 2030-cu ilədək dünyanın qlobal bir su qıtlığı ilə qarşılaşacağını ehtimal edib

Dünya su qaynaqlarını qorumaq üçün kifayət qədər səy göstərmir və indi onların dəyərinin düzgün qiymətləndirilməsi məsələsi kəskindir.

MEDIAKTIV.AZ-ın məlumatına görə, bu barədə YUNESKO-nun Dünya Su ehtiyatları Gününə həsr olunmuş illik hesabatında bildirilib.

YUNESKO-nun baş direktoru Odre Azule qeyd edib: “Su, 2 milyarddan çox insanın birbaşa çıxışı olmayan ən qiymətli mənbəyimiz olan “mavi qızıldır”. O, yalnız yaşamaq üçün lazım deyil, həm də insan cəmiyyətlərində sanitar, sosial və mədəni rol oynayır”.

Məruzədə göstərilən müstəqil hesablamalara görə, 2030-cu ilə qədər dünya qlobal su qıtlığı ilə qarşılaşacaq və pandemiyanın nəticələri daxil olmaqla digər qlobal problemlər vəziyyəti daha da ağırlaşdıracaqdır.

Həmçinin oxuyun

“Olaf” qasırğası Meksikanın Sakit okean sahillərinə çatıb

“Olaf” qasırğası Meksikanın Sakit okean sahillərində Cənubi Aşağı Kaliforniya ştatına çatıb. MEDIAKTIV.AZ-ın məlumatına görə, bu …