Şənbə , May 8 2021
Home / Təhsil / 600-dən çox vakant direktor vəzifəsi müsabiqəyə çıxarılacaq

600-dən çox vakant direktor vəzifəsi müsabiqəyə çıxarılacaq

Bu il üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 623 vakant yer çıxarılacaq.

Bu barədə MEDİAKTİV.AZ-a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbuluna 10 fevral tarixində start verilir. Müsabiqədə iştirak etmək istəyən namizədlər 13 fevral saat 23:59-dək elektron qeydiyyat zamanı müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

2020-ci ilin 28 sentyabr-5 oktyabr tarixlərində elektron qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul edilmiş namizədlərin ərizələri vakansiya seçimi mərhələsinə qaytarılacaq. Həmin şəxslər də 13 fevral tarixinədək yenidən vakansiya seçimi edərək elektron ərizələrini təsdiq etməlidirlər.

Namizədlər bu link vasitəsilə müsabiqə üzrə elan ediləcək vakant yerlər və müvafiq məlumatlarla tanış ola bilərlər.

Həmçinin oxuyun

Azərbaycanda daha iki məktəb distant dərsə keçdi

Azərbaycanda daha bir məktəb koronavirus səsəbindən distant təhsilə keçib. MEDIAKTIV.AZ-ın məlumatına görə, sözügedən təhsil olcağı …