Bazar ertəsi , İyun 29 2020
Home / Təhsil / Azərbaycanın daha bir universiteti ikili diplom proqramı üzrə magistr hazırlayacaq

Azərbaycanın daha bir universiteti ikili diplom proqramı üzrə magistr hazırlayacaq

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə saziş imzalanıb.

MediAktiv.az xəbər verir ki, mərasimdə Təhsil naziri Ceyhun Bayramov, Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer, ADPU-nun rektoru Cəfər Cəfərov, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer və digər rəsmi şəxslər iştirak ediblər.

Təhsil naziri çıxışında bildirilib ki, ABŞ tərəfi ilə aparılan danışıqlara əsasən, proqram çərçivəsində 2020-2021-ci tədris ilindən etibarən ADPU-da ikili diplom proqramı üzrə magistratura pilləsinə qəbul aparılacaq.

C.Bayramov qeyd edib ki, magistratura pilləsində təhsilin 2 il müddətinə ingilis dilində aparılması nəzərdə tutulur: “İlk mərhələdə 25 tələbə qəbul olunacaq. Abituriyentlər qəbul üçün ilk olaraq Dövlət İmtahan Mərkəzi (DİM), daha sonra Corc Vaşinqton Universiteti tərəfindən təşkil edilən imtahanlarda iştirak etməlidirlər”.

O əlavə edib ki, tədris Corc Vaşinqton Universitetindən dəvət olunan və eyni zamanda yerli müəllimlər tərəfindən aparılacaq: “Sonda məzunlara həm Azərbaycan Dövlət Pedaqoji Universiteti, həm də Corc Vaşinqton Universitetinin diplomları veriləcək”.

Çıxışlardan sonra tərəflər arasında saziş imzalanıb. 

Həmçinin oxuyun

Magistraturaya qəbul üçün keçid balları açıqlandı

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 5-ci nömrəsini dərc edib. MediAktiv.az verdiyi məlumata görə, jurnalın bu …