Çərşənbə axşamı , Yanvar 12 2021
Home / Təhsil / Macarıstanda təhsil almaq istəyənlər üçün sənəd qəbuluna başlanıldı

Macarıstanda təhsil almaq istəyənlər üçün sənəd qəbuluna başlanıldı

Macarıstan 2021-2022-ci tədris ili üçün təqaüd proqramı elan edir.

Təhsil Nazirliyindən MediAktiv.az-a verilən məlumata görə, təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 7 dekabr 2017-ci il tarixində imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.

Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub.

Təqaüd proqramına sənəd qəbulu 15 yanvar 2021-ci il saat 23:59-a kimi aparılacaq.

Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2021-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

Həmçinin oxuyun

Azərbaycanda distant təhsilin müddəti uzadıldı

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə …