Çərşənbə axşamı , İyun 30 2020
Home / Təhsil / “Nə? Harada? Nə zaman?” oyununun Naxçıvan şəhər və Şahbuz rayon birincilikləri keçirilib

“Nə? Harada? Nə zaman?” oyununun Naxçıvan şəhər və Şahbuz rayon birincilikləri keçirilib

Bu gün Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə və Şahbuz rayonundakı “Araz” kinoteatrında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar yeniyetmələr arasında oxunması zəruri olan kitablar əsasında “Nə? Harada? Nə zaman?” İntellektual Oyununun Naxçıvan şəhər və Şahbuz rayon birincilikləri keçirilib.
Nazirliyin mətbuat xidmətindən MediAktiv.Az-a verilən məlumata görə, Əvvəlcə Gənclər və İdman Nazirliyinin əməkdaşları İlahə Haqverdiyeva və Valeh Mahmudov çıxış edərək oyunun keçirilməsində məqsədin Naxçıvan Muxtar Respublikasında gənclərin və yeniyetmələrin intellektual fəaliyyətə cəlb edilməsi, onların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafını stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsini təmin etmək və oxunması zəruri olan kitabların gənclər və yeniyetmələr arasında təbliğinə nail olunmasını bildirilib.
“Nə? Harada? Nə zaman?” İntellektual Oyunu hər biri 12 sualdan ibarət olan 2 turdan ibarət olmuş, hər turda Gi de Mopassanın “Gonbul”, Ernest Heminqyenin “Qoca və dəniz”, Antuan de Sent-Ekzüperinin “Balaca şəhzadə”, Şamil Cəmşidin “Dədə Qorqud dastanları” və “Təmsillər” kitabları əsasında hazırlanmış 24 sual səslənmişdir. Sonda daha çox suala düzgün cavab verən komandalar qalib hesab olunublar.
Oyunun Naxçıvan şəhər birinciliyində “Nuh yurdu” komandası I yerə, “Qafqaz” komandası II yerə, “Günnüt” komandası III yerə, Şahbuz rayon birinciliyində isə “Şahbuz” komandası I yerə, “Şahbuzkənd” komandası II yerə, “Araz” komandası III yerə çıxmışlar. Sonda qaliblərə Gənclər və İdman Nazirliyi tərəfindən diplom, fəxri fərman və oxunması zəruri olan kitablar təqdim edilib.
Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin brgə təşkilatçılığı ilə keçirilən birinciliklərdə, ümumilikdə 85 nəfər yeniyetmə iştirak etmişdir.
Qeyd edək ki, rayon və şəhər birinciliklərində I yerə çıxmış komandalar “Nə? Harada? Nə zaman?” İntellektual Oyununun dekabr ayında keçiriləcək muxtar respublika birinciliyində iştirak edəcəklər.

Həmçinin oxuyun

Magistraturaya qəbul üçün keçid balları açıqlandı

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 5-ci nömrəsini dərc edib. MediAktiv.az verdiyi məlumata görə, jurnalın bu …