Cümə , Oktyabr 30 2020
Home / Təhsil / Naxçıvanda imtahanların obyektivliyi və şəffaflığı təmin edilir

Naxçıvanda imtahanların obyektivliyi və şəffaflığı təmin edilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri yanvar ayında da davam etdirmişdir. Ötən ay dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilmiş, 1 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 1 qərarı dəyişdirilmişdir.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən MediAktiv.az -a verilən məlumata görə, yanvar ayında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən şəxslər üçün keçirilən sınaq imtahanında 13 namizəd iştirak etmiş, dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqəyə 229 vakant vəzifə çıxarılmış, 130 vəzifənin tutulması üçün 283 sənəd təqdim edilmişdir. Test imtahanlarında 266 namizəd iştirak etmiş, 131 nəfər müvafiq keçid balını toplamışdır. Həmçinin dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan olunmuş müsabiqənin Naxçıvan Musiqi Kollecində keçirilən müsahibə mərhələsində 12 nəfər iştirak etmiş, onlardan 8-i müvafiq keçid balını toplamışdır.

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş 5 daxili müsahibədə və sektor müdiri vəzifələrinin tutulması üçün keçirilmiş test imtahanlarında müvəffəqiyyət qazanaraq Sertifikat əldə etmiş şəxslərin müsahibəsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiya əməkdaşlarının nümayəndə qismində iştirakları təmin edilmişdir.

Həmçinin oxuyun

İşğal altında olan peşə təhsili müəssisələri

İşğal altında olan peşə təhsili müəssisələri açıqlanıb. MediAktiv.az xəbər verir ki, bu barədə  Təhsil Nazirliyindən məlumat …