Çərşənbə , İyul 15 2020
Home / Təhsil / Naxçıvanın ictimai həyatında fərqlənən qadınlar mükafatlandırılıb-FOTO

Naxçıvanın ictimai həyatında fərqlənən qadınlar mükafatlandırılıb-FOTO

Bu gün “Təbriz” Otelinin mərasim zalında “8 mart – Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar muxtar respublikanın ictimai həyatında fərqlənən qadınların mükafatlandırma mərasimi keçirilmişdir.MediAktiv.az  xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Cabbarov, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının aparıcı təlimatçısı Kərimova Türkanə çıxış edərək muxtar respublikada qadınlar sahəsində həyata keçirilən dövlət siyasəti haqqında məlumat vermiş və xanımları bayram münasibətilə təbrik etmişlər. Tədbirdə müxtəlif sahələr də fərqlənən 80 nəfər xanıma mükafatlar təqdim olunmuşdur. Tədbir Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.Qeyd edək ki, tədbirdə  “Naxçıvan  Xəbərləri” Media Qrupunun əməkdaşı Aynurə Yusifovada mükafatlandırılıb.

Həmçinin oxuyun

Rezidenturaya qəbul olmaq istəyənlər üçün yenidən sənəd qəbulu başladı

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək istəyən, lakin vaxtında qeydiyyatdan keçməyən namizədlər üçün iyulun 10-dan 13-dək …