Bazar ertəsi , İyun 14 2021
Home / Təhsil / Şərur rayonunda maarifləndirici tədbir keçirilib

Şərur rayonunda maarifləndirici tədbir keçirilib

Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin əməkdaşları 24 sentyabr 2018-ci il tarixdə ocaqçıların iştirakı ilə «Yaşayış evlərində təbii qaz və elektrik enerjisindən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması, qazanxanada təhlükəsizlik qaydaları» mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirin əsas məqsədi müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, yanğın hadisəsi zamanı davranış qaydaları, insanların və əmlakın təxliyə olunması, təhlükəsizliyinin təmin edilməsi istiqamətində əsas tədbirlərin yerinə yetirilməsi, yaşayış evlərində baş verən yanğın hadisələrinin səbəbləri, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onların qarşısının alınması, qaazanxanada təhlükəsizlik qaydaları haqqında tədbir iştirakçılarına məlumat vermək olub.
 MediAktiv.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Təhlükəsizliyi Bölməsinin rəisi daxili xidmət kapitanı Şıxəli Əliyev bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb. Həmçinin, müəsissələrdə yanğın təhlükəsizliyinin təşkili, yanğın təhlükəsizliyi sahəsində müəssisələrin hüquq və vəzifələri, qaz və elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları, müəssisələrin qazanxana otağında, qazdan istifadə olunan digər yerlərdə qaz xətlərinin birləşmə yerlərindən və ventillərdən qazın sızmasını yoxlayarkən açıq oddan istifadəyə yol verilməməsi, bunun üçün yalnız xüsusi cihazlardan və ya sabun məhlulundan istifadə etməklə yoxlanılması haqqında iştirakçılara ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələri, onlardan istifadə qaydaları əyani olaraq göstərilmiş, iştirakçıların verdiyi suallar cavablandırılıb.

Həmçinin oxuyun

Rezidenturaya qəbulun şərtləri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün rezidenturaya qəbulun şərtlərini açıqlayıb. Mərkəzdən MEDIAKTIV.AZ-a bildirilib ki, …