Bazar ertəsi , Aprel 6 2020
Home / Təhsil / Sabahdan I sinfə qəbulun elektron qeydiyyatı başlayır

Sabahdan I sinfə qəbulun elektron qeydiyyatı başlayır

Sabahdan 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün elektron qaydada qeydiyyat başlayır.

Martın 10-u, saat 11:00-dən etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdır.

Martın 13-ü, saat 11:00-dən etibarən valideynlər məktəb seçimini həyata keçirə bilərlər.

Xatırladaq ki, elektron qeydiyyat www.mektebeqebul.edu.az sistemi vasitəsilə həyata keçirilir.

Həmçinin oxuyun

Təhsil Nazirliyinin yeni “Qaynar xətt”i fəaliyyətə başlayacaq

Aprelin 6-da Təhsil Nazirliyinin yeni 146-3 “Qaynar xətt” xidməti fəaliyyətə başlayacaq. Nazirlikdən MediAktiv.az-a verilən məlumata görə, …