Cümə , Oktyabr 23 2020
Home / Təhsil / Sentyabrın 21-dən rezidenturaya ixtisas seçimi başlanır

Sentyabrın 21-dən rezidenturaya ixtisas seçimi başlanır

Dövlət İmtahan Mərkəzi (DİM) baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib. Nəticələr həmin gün axşam elan edilib.

DİM-dən MediAktiv.az-a bildirilib ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 21-dən 25-dək aparılacaq.

Xatırladaq ki, iştirakı gözlənilən 601 namizəddən 1 nəfər imtahana gəlməyib. Namizədlərdən 459 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

Həmçinin oxuyun

İşğal altında olan peşə təhsili müəssisələri

İşğal altında olan peşə təhsili müəssisələri açıqlanıb. MediAktiv.az xəbər verir ki, bu barədə  Təhsil Nazirliyindən məlumat …