Şənbə , Sentyabr 19 2020
Home / Manşet / Təhsil infrastrukturunun inkişafına 7 milyon manat ayrılıb

Təhsil infrastrukturunun inkişafına 7 milyon manat ayrılıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. 

MediAktiv.az-ın məlumatına görə, sərəncamla respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 630 149 000,0 manatının bölgüsü”nün 1.9.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş 7 milyon manat Təhsil Nazirliyinə ayrılıb.

Həmçinin oxuyun

Bu il Azərbaycanda 125 məzuna qızıl nişan verilib

Təhsil naziri Emin Əmrullayev 2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında …