Şənbə , May 8 2021
Home / Təhsil / Təhsil Nazirliyi və DİM ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı məlumat yayıb

Təhsil Nazirliyi və DİM ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı məlumat yayıb

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının yerləşdiyi ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı məlumat yayıb.

MEDIAKTIV.AZ xəbər verir ki, məlumatda deyilir:

“Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi bildirir ki, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının hazırda yer aldığı ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı birgə təkliflər əsasında qərar layihəsi hazırlanıb və razılaşdırılmaq üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunub.

Qərar layihəsində “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları üzrə təhsil almaq istəyən şəxslərin həmin ixtisaslara müvafiq bilik və bacarıqları nəzərə alınaraq qeyd olunan ixtisasların II ixtisas qrupundan III ixtisas qrupuna keçirilməsi nəzərdə tutulur.

Qərar qəbul olunduğu halda sözügedən dəyişiklik 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olunmaq üçün sənəd verən abituriyentlərə deyil, 2022-2023-cü tədris ilində ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərə şamil olunacaq”.

Həmçinin oxuyun

Azərbaycanda daha iki məktəb distant dərsə keçdi

Azərbaycanda daha bir məktəb koronavirus səsəbindən distant təhsilə keçib. MEDIAKTIV.AZ-ın məlumatına görə, sözügedən təhsil olcağı …