Cümə , İyun 5 2020
Home / Təhsil / Təhsil Nazirliyinin yeni “Qaynar xətt”i fəaliyyətə başlayacaq

Təhsil Nazirliyinin yeni “Qaynar xətt”i fəaliyyətə başlayacaq

Aprelin 6-da Təhsil Nazirliyinin yeni 146-3 “Qaynar xətt” xidməti fəaliyyətə başlayacaq.

Nazirlikdən MediAktiv.az-a verilən məlumata görə, ölkədə yeni koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən “Qaynar xətt” xidməti ilə əlaqə yarada bilərlər.

Əlaqə yaradan hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil ediləcək, lazımi dəstəklə təmin olunacaqlar.146-3 “Qaynar xətt” xidməti həftə içi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Həmçinin oxuyun

Ali Hərbi Məktəbdə dövlət imtahanları başlayıb – VİDEO

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları keçirilir. MediAktiv.az  xəbər verir ki, Müdafiə Nazirliyindən verilən …