Cümə axşamı , Yanvar 21 2021
Home / Təhsil / Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yeni tərkibi təsdiqlənib

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yeni tərkibi təsdiqlənib

Təhsil naziri Emin Əmrullayev Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında əmr imzalayıb.

Bu barədə MediAktiv.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Əmrə əsasən, Aparat rəhbərinin müavinləri Fərzəli Qədirov və Həsən Həsənli, nazirin müşaviri Simuzər Feyzullayeva, İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov şuranın üzvləri təyin edilib.

Əmrin icrasına nəzarəti nazir öz üzərində saxlayıb

Həmçinin oxuyun

Azərbaycanda distant təhsilin müddəti uzadıldı

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə …