Əfsanəvi “Nokia” mobil telefonu Android əməliyyat sistemli “Nokia 3”, “Nokia 5” və “Nokia 6” modelləri bazara iddialı bir qayıdış etməyə hazırlaşır.
Mediaktiv.az Metbuat.az-a istinadən xəbər verir ki, “Nokia 3”, “Nokia 3310” modelini saymasaq, “Nokia”nın ən ucuz ağıllı telefon hesab edilir. Cihazın özəllikləri: 2GB RAM, 16 GB daxili yaddaş, 2650 mAh batareya, 8 MP kamera.
“Nokia”nın “Nokia 3310”-dan başqa tanıtdığı və günümüzə son texnologiyası ilə daha yaxın telefonlardan biri “Nokia 5” modelidir. Cihazın özəllikləri: Qualcomm Snapdragon 435 prsosessor, 2 GB RAM, 16 GB daxili yaddaş, Ön kamerası 8 MP, arxa kamerası 13 MP, 3000 mAh batareya tutumu var.
“Nokia 6” isə modellər arasında ən iddalısıdır. Cihazın özəllikləri: Snapdragon 430 prosessor, 3 ya da 4 RAM, 3000 mAh batareya tutumu, arxa kamerası 16 MP, ön kamerası isə 8 MP-dır. Tünd qara, mavi, gümüş, mis rəngləri ilə ilin ikinci yarısında istifadəçilərə təqdim olunacaq.