Bazar ertəsi , May 10 2021
Home / Texnologiya / 2021-ci ilin ən yaxşı avtomobili açıqlanıb

2021-ci ilin ən yaxşı avtomobili açıqlanıb

“Volkswagen ID.4” hetçbek tipli elektrik avtomobili 2021-ci ilin ən yaxşı avtomobili hesab olunub.

MEDIAKTIV.AZ-ın məlumatına görə, həmin avtomobil “World Car Awards” mükafatına layiq görülüb.

“Toyota Yaris” ikinci, “Honda E” elektromobili üçüncü yerdə qərarlaşıb.

Eyni zamanda “Honda E” “Ən yaxşı şəhər avtomobili”, “Porsche 911 Turbo” “Ən məhsuldar avtomobil”, “Mercedes-Benz S-Class” “Ən dəbdəbəli avtomobil” kateqoriyalarında qalib gəlib. “Land Rover Defender” ən yaxşı dizaynlı avtomobil hesab olunub.

Qeyd edək ki, 2020-ci ildə ən yaxşı avtomobil adını “Kia Telluride” qazanmışdı.

Həmçinin oxuyun

Azərbaycandan Ukraynaya avtomobil ixracının başlayacağı vaxt açıqlanıb

Azərbaycan 2021-ci ilin ikinci yarısında Ukraynaya 400 avtomobil ixrac edəcək. Bunu mətbuata “Azərmaş” ASC-nin İdarə …