Bazar , Avqust 9 2020
Home / Texnologiya / Huawei-dən 2 ekranlı yeni smartfon

Huawei-dən 2 ekranlı yeni smartfon

Huawei Mate X adlı qatlana bilən smartfon modeli üzərində işləyir.

MediAktiv.az bildirir ki, şirkət hələ təqdim olunmamış smartfon modelinin patent fotolarını təqdim edib. Fotolardan aydın olur ki, smartfon ənənəvi dizayndadır. Əsas özəlliyi isə 2 ekranının olmasıdır.

Hələ adı açıqlanmayan smartfonun arxa panelində kvadrat formalı köməkçi ekran yerləşdirilib. Bu ekran daxil olan zənglərin, hava proqnozu məlumatlarının, bildirişlərin baxılması və Always on Display rejimində digər məlumatların əks olunması üçün nəzərdə tutulub. Bununla yanaşı, istifadəçi köməkçi ekrandan selfie kamera kimi də yararlana bilər.

Smartfonun aşağı hissəsində USB Type-C girişi və 3.5 mm-lik audiogiriş yerləşir. Yandırıb-söndürmə və səsin tənzimlənməsi düymələri telefonun sağ tərəfindədir. Həmin hissədə həmçinin əlavə köməkçi düymə də yerləşdirilib. Bu düymə isə səsli köməkçinin işə salınması üçün nəzərdə tutulub.

Həmçinin oxuyun

Çin 2021-ci ildə iki meteoroloji peyk buraxmaq niyyətindədir

Çin gələn il “Fengyun-3E” (FY-3E) və “Fengyun-4B” (FY-4B) adları verilmiş iki meteoroloji peyk buraxmaq niyyətindədir. …