Cümə axşamı , Sentyabr 17 2020
Home / Texnologiya / “Airbus”un pilotsuz helikopteri ilk uçuşunu edib

“Airbus”un pilotsuz helikopteri ilk uçuşunu edib

“Airbus Helicopters” şirkətinin VSR700 pilotsuz helikopterinin prototipi ilk uçuşunu həyata keçirib.

MediAktiv.az “Korrespondent.net”ə istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

“Airbus Helicopters” şirkətinin baş direktoru Bryuno Evenin sözlərinə görə, VSR700-ün ilk sərbəst uçuşu Fransadakı test mərkəzində təxminən 10 dəqiqə davam edib.

Mütəxəssis bu uçuşun 2021-ci ilin sonuna planlaşdırılan dənizdə sınaqlar üçün böyük addım olduğunu qeyd edib.

Qeyd edək ki, VSR700 6,2 metr uzunluğa malikdir. O, davamlı olaraq 8 saat ərzində 6 kilometrə qədər hündürlükdə qala bilər. Pilotsuz helikopterin maksimal sürəti saatda 80 kilometrdir.

VSR700 dəniz əməliyyatları zamanı hərbi helikopterlərə və dəniz gəmilərinə yardım üçün hazırlanır.

Həmçinin oxuyun

“Facebook” yeni xidmət tətbiq edir

“Facebook” şirkəti ona məxsus sosial şəbəkəyə yüklənmiş şəkil və video fayllarını başqa servislərə, o cümlədən …