Bazar ertəsi , Avqust 10 2020
Home / Texnologiya / Alimlərin tapdığı yeni bakteriya plastikləri yeyə və emal edə bilər

Alimlərin tapdığı yeni bakteriya plastikləri yeyə və emal edə bilər

İsveçrəli alimlər buz qatında 13 milyon il yaşı olan bakteriya aşkar ediblər.

MediAktiv.az bildirir ki, sözügedən mikroorqanizm plastikləri yeyə və emal edə bilir.

Qeyd olunur ki, İsveçrənin Federal Meşə, Qar və Landşaft Tədqiqatları İnstitutunun (WSL) mütəxəssisləri Alp dağlarının şərqindəki Şhafberq dağında buz qatı nümunələrini araşdırıblar. Burada hipotermik bakteriyanın on yeni növü və yeni maya növü aşkar edilib.

İnstitutun nümayəndəsi qeyd edib ki, bu cür nəticə əldə olunacağını gözləməyiblər. “1000 bakteriya növünə rast gəliriksə, onlardan 300-ü yalnız buz qatındadır”, – deyə, o bildirib.

Həmçinin oxuyun

Çin 2021-ci ildə iki meteoroloji peyk buraxmaq niyyətindədir

Çin gələn il “Fengyun-3E” (FY-3E) və “Fengyun-4B” (FY-4B) adları verilmiş iki meteoroloji peyk buraxmaq niyyətindədir. …