Çərşənbə axşamı , Mart 2 2021
Home / Texnologiya / “Apple” şirkəti 2020-ci ildə beş yeni “iPhone” modeli təqdim edə bilər

“Apple” şirkəti 2020-ci ildə beş yeni “iPhone” modeli təqdim edə bilər

“Apple” korporasiyası gələn il eyni vaxtda beş yeni nəsil “iPhone” modelini təqdim edə bilər. Bu haqda “TF Securities” şirkətinin analitiki Minq-Çi Kuonun hesabatına istinadən “Macrumors” portalı yazıb.

MediAktiv.Az “ICTnews” Elektron Xəbər Xidmətinə istinadən xəbər verir ki, ABŞ korporasiyasının 6,7 düymlük diaqonallı ekrana malik üçkameralı smartfon təqdim edəcəyi gözlənilir. Üçkameralı daha bir aparat 6,1 düymdən böyük olmayan ekranla təchiz ediləcək.

İkikameralı yeni cihazın displeyi, həmçinin eyni diaqonala malik olacaq. Daha bir ikikameralı “iPhone” modeli 5,4 düymlük diaqonala malik ekranla təchiz ediləcək. Nəhayət, yeni istehsal xətti üzrə ən kiçik smartfon 4,7 düym diaqonallı ekrana malik olacaq.

Analitikin fikrincə, sonuncu cihaz 4 düymlük diaqonallı ekranla təchiz edilmiş “iPhone SE” qurğusunu əvəz etmək üçün nəzərdə tutulub və “iPhone SE2” adlandırıla bilər. Bu smartfon daha güclü “A13” prosessoru ilə təchiz ediləcək.

Həmçinin oxuyun

Azərbaycanda koronavirusdan qoruyan elektron maska və süni tənəffüs aparatı hazırlanıb

Ötən il “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri tərəfindən koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində …