Şənbə , May 8 2021
Home / Texnologiya / “Apple”dan koronavirusla bağlı proqram yenilikləri – FOTO

“Apple”dan koronavirusla bağlı proqram yenilikləri – FOTO

“Apple” şirkəti öz məhsullarına koronavirusla bağlı bir sıra yeniliklər əlavə edib.

MediAktiv.az Nyu-York Post-a istinadla xəbər verir ki, şirkətin ötən gün yaydığı açıqlamada istifadəçilərin öz emojilərini düzəldərkən maska stikerindən istifadənin mümkün olacağı bildirilir.

Həmçinin, Apple-nin qol saatlarından istifadə edən şəxslərə gün ərzində müəyyən saatdan bir əllərini yuması ilə bağlı bildiriş xarakterli xəbərdarlıq ediləcək.

Bundan başqa, “ağıllı” qol saatı üzərinə yerləşdirilən mikrofon sayəsində sahibinin əllərini yuduğunu biləcək və ekranda “əla, təşəkkür edirəm” tipli yazı görünəcək. Əgər, qolunda saat olan şəxs əllərini 20 saniyədən az müddətə yuyarsa “Apple Watch” titrəməyə başlayacaq.

Həmçinin oxuyun

Azərbaycandan Ukraynaya avtomobil ixracının başlayacağı vaxt açıqlanıb

Azərbaycan 2021-ci ilin ikinci yarısında Ukraynaya 400 avtomobil ixrac edəcək. Bunu mətbuata “Azərmaş” ASC-nin İdarə …