Cümə axşamı , Aprel 22 2021
Home / Texnologiya / Apple’ın 5 milyard dollarlıq yeni ofisi aprel ayında açılır.

Apple’ın 5 milyard dollarlıq yeni ofisi aprel ayında açılır.

    Apple şirkətinin 5 milyard dollara başa gələn və “Kosmos Gəmisi” olaraq adlandırılan yeni ofisi, aprel ayında rəsmi olaraq açılır.

    Layihələndirilməsi və tikintisi illərdir davam edən kampusa, dairəvi forması səbəbiylə Kosmos Gəmisi adı verilmişdi. Ortasında və ətrafında, işçilər üçün geniş istirahət sahələri və yaşıl sahələr saxlayan Kosmos Gəmisi, geniş bir ərazi üzərinə qurulmuş vəziyyətdədir.

     Apple-a görə, şirkətin 12 min işçisi, altı aylıq müddət içində parça-parça Kosmos gəmisinə daşınacaq. Bu sırada, kampus çöldən ziyarətçilərə də açıq olacaq. Şirkət, tikintisi mediyada gündəm olan və hər kəsin maraqlandığı kampusu xalqın ziyarətinə açaraq, insanların marağını da aradan qaldırmağı hədəfləyir.

      Xalq arasında Kosmos Gəmisi adını alsa da yeni universitetin rəsmi adı Apple Park olacaq. Apreldən sonra da ana binada və ətrafında kiçik inşaatların davam edəcəyi kampus, payız aylarında tam olaraq bitmiş olacaq. Apple yeni universitetin elektrik enerjisini də tamamilə təmiz enerjidən təmin edəcək.

    Şəhərcikdə 10 min kvadrat metrlik bir idman salonu və təxminən 4 kilometrlik yerimə/qaçma sahəsi olacaq. Beləcə işçilər, sağlamlıqları üçün idman etmə imkanı tapacaq.

Həmçinin oxuyun

2021-ci ilin ən yaxşı avtomobili açıqlanıb

“Volkswagen ID.4” hetçbek tipli elektrik avtomobili 2021-ci ilin ən yaxşı avtomobili hesab olunub. MEDIAKTIV.AZ-ın məlumatına …