“Hazırda Azərbaycan ərazisinin 97,1%-i (işğal olunmuş torpaqlar nəzərə alınmadan) 3G və 4G internet şəbəkələrinin əhatə dairəsindədir”.
MediAktiv.az xəbər verir ki, bunu Bakıda keçirilən “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfransda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
“Əhalinin 80%-nin internetə, 75%-nin isə yüksək sürətli internetə çıxışı var”, – o qeyd edib.