Bazar , Avqust 9 2020
Home / Texnologiya / Azərbaycan 2021-ci ildə elektron biznesi genişləndirməyi hədəfləyir

Azərbaycan 2021-ci ildə elektron biznesi genişləndirməyi hədəfləyir

Azərbaycan 2021-ci ildə elektron biznesi genişləndirməyi hədəfləyir.

MediAktiv.az-ın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Arzu Hüseynova deyib.

Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycanın sosial-iqtisadi siyasətinin əsas prioriteti COVID-19 pandemiyasından təsirlənən ölkə iqtisadiyyatının bərpası olacaq.

“COVID-19 pandemiyasının təsiri artıq iqtisadiyyatın müxtəlif sahələrində dəyişikliklərə səbəb olduğundan, 2021-ci ildə iqtisadiyyatda informasiya və rabitə texnologiyalarının rolunun artacağını gözləyirik” – A.Hüseynova qeyd edib.

Mütaxəssisin vurğuladığı kimi, Azərbaycanın sosial-iqtisadi inkişafının prioritetləri həm müvafiq dövlət proqramlarında, həm də strateji yol xəritələrində öz əksini tapmışdır. Onun sözlərinə görə, qeyd olunan istiqamətin inkişafı 2021-ci ildə də davam edəcək.

İxtisaslı kadrların hazırlanması mövzusuna toxunan icraçı direktor ölkədə mütəxəssisslərin hazırlanması üçün vaxtaşırı böyük işlərin görüldüyünü söylədi.

Həmçinin oxuyun

Çin 2021-ci ildə iki meteoroloji peyk buraxmaq niyyətindədir

Çin gələn il “Fengyun-3E” (FY-3E) və “Fengyun-4B” (FY-4B) adları verilmiş iki meteoroloji peyk buraxmaq niyyətindədir. …